18 Noyabr 2018
17 Noyabr 2018
“Mitsubishi Pajero” ağaca çırpıldı - Xəsarət alan var
HADİSƏ 00:29 / 22.01.2018
Tovuzda yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Cırdaxanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi Pajero” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan, 1993-cü il təvəllüdlü Ibrahimov Rahim Cavad oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisə nəticəsində yüngül xəsarət alan daha bir nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.