SON XƏBƏRLƏR
26 May 2018
Əcnəbilər üçün seks-turlar təşkil edən azərbaycanlı SAXLANILDI
HADİSƏ 00:35 / 22.01.2018
Ukraynada Türkiyədən Xarkov şəhərinə turist axınları təşkil edən 24 yaşlı azərbaycanlı həbs ediləcək.

Unikal.org oxu.az-a istinadən bildirir ki, gənc "işbaz" internetdə türklər üçün tanışlıq saytı yaradaraq, orada həftə sonuna nəzərdə tutulmuş seks-turların təşkili üzrə elanlar yerləşdirirmiş.

Məlumata görə, tam bir il biznes saat kimi işləyib - gənc oğlan kafe və gecə klublarında ehtiyacı olan qızları axtarır və onlara asan qazanc yolu təklif edirmiş. Türk dilini bilən azərbaycanlı öz müştəriləri ilə müstəqil şəkildə yazışırmış. Qonaqları hava limanında qarşılayan "işbaz" onları Xarkov hotellərində yerləşdirir, sonra isə yerli qadınların iştirakı ilə əyləncə proqramı təşkil edirmiş. Sonra qonaqlara seksual xidmətlərə görə qiymət cədvəlini təqdim edən işbaz pulunu alaraq, qızlarla da hesablaşırmış.

Hazırda 24 yaşlı "işbazı" 4 ildən 7 ilədək həbs cəzası gözləyir. Araşdırma getdiyi dövrdə istintaq təcridxanasına yerləşdirilən gənc oğlan 225 000 qriven (7800 manat - red.) qarşılığında zaminə buraxıla bilər.