SON XƏBƏRLƏR
26 Fevral 2018
25 Fevral 2018
Həyat yoldaşını boğaraq öldürdü - POLİSƏ İNTİHAR DEDİ
KRİMİNAL 11:16 / 22.01.2018
Hadisə yanvar ayının 20-də Lökbatan qəsəbəsi, 6-cı massivdə baş verib.

Unikal.org ölkə.az-a istinadən xəbər verir ki, həmin mənzildə kirayədə yaşayan Qəhrəmanlı Elvin Arzu oğlu polisə zəng edərək bildirib ki, evə gələrkən həyat yoldaşı Günel Qəhrəmanlının özünü asdığını görüb.

Dərhal hadisə yerinə Qaradağ rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin araşdırmalara başlayıblar.

Qadının boğazında olan əl-barmaq izləri məhkəmə tibbi ekspertini şübhələndirib və E.Qəhrəmanlı dindirilib. Məlum olub ki, Elvin həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürüb. E.Qəhrəmanlı şübhəli şəxs qismində saxlanılıb və rayon prokurorluğuna təhvil verilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.