Bu qəzanın görüntüləri hər kəsi şoka salıb və reaksiyaya səbəb olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Çində avtobus yolu keçməyə çalışan qadını vuraraq yerə yıxıb. Hərəkət edə biməyəcək vəziyyətə düşən, yerdə kömək gözləyən qadını ondan sağda dayanan minik maşının sürücüsü görməzdən gəlib. Minik avtomobilinin sürücüsü heç nəyi vecinə almadan qadının başının üstündən keçib.

Yaralı qadın hadisə yerinə gətirilən təcili yardımla xəstəxanaya aparılıb. Qadının həyati təhlükəsinin olmadığı da deyilib. Avtobusun şoferi polisdə ifadə verib, digər maşının sürücüsü isə hazırda axtarışdadır.