Qaxda canavarlar fermaya hücum edərək, sahibkara məxsus xeyli sayda xırdabuynuzlu heyvanı parçalayıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Şotavar kəndində sürü halında olan canavarlar gecə saatlarında Bayram Salavat oğlu Nadirova məxsus qoyunların saxlandığı dama hücum edib. Yırtıcılar 60 baş qoyundan 26-nı öldürüb, 14-nü yaralayıb.


Hadisə ilə bağlı Qax rayon Baytarlıq İdarəsinə xəbər edilib. İdarənin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər, ərazidə dezinfeksiya işləri aparılıb.


Canavarların parçaladığı 14 qoyundan 11-i ölən heyvanlarla birlikdə quyuda basdırılıb.