SON XƏBƏRLƏR
15 Avqust 2018
14 Avqust 2018
Bakıda YANĞIN: 2 yaşlı uşaq FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
HADİSƏ 15:59 / 22.01.2018
Bakı şəhəri, Binəqədi rayonunda taxtadan tikilmiş, ümumi sahəsi 117 m2 olan birmərtəbəli tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb. Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkarlanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.