Bariatrik-estetik cərrah Mübariz Məmmədli Unikal.org-a qısa müsahibəsində uzun müddətdir ki, liposaksiyadan əziyyət çəkdiyini deyib: "Elə bu məqsədlə özümü əməliyyat etməyi düşünürdüm. Əməliyyat qərarını təcili verdim. Əvvəlcə cərrah dostlarımın bu əməliyyatı edəcəyini fikirləşirdim. Əməliyyat olundum və uzun müddət kompleks yaşadığım ginekomastiyadan azad olundum. Əməliyyatın bir hissəsin özüm-özümə etdim.

-Bəs necə oldu ki, özünüz bu əməliyyatı etdiniz?

-Cərrah dostlarım əvvəlcə əməliyyat olan yeri keyitdilər. Bir anlığa əlimə əlcək geyinib əməliyyatın bir hissəsini özüm etdim. Bu planlaşdırılmamış bir əməliyyat idi. Onu da dostlarımız çəkib paylaşdılar və ciddi səs-sədaya səbəb oldu.

-Səhiyyə Nazirliyinin bu məsələyə münasibəti necə oldu?

-Xeyr, heç nə deməyiblər. Münasibət deyəndə yəni cərrahların nəzarəti altında bu əməliyyatı etmişəm.

-Sizin digər cərrah həmkarlarınız da bu cür əməliyyatlar edibmi?

-Xeyr. Bunu dünyada ikinci mən etdim. İlk dəfə bu əməliyyatı özünə rusiyalı cərrah Roqozov edib. Bunu məndə özüm edə bildimsə düşünürəm ki, burada qəbahət heç nə yoxdur.

-"Ginnes"in rekordlar kitabına da düşə bilərsiniz?

-Yəqin ki.(gülür) Nə bilim! Bu planlaşdırılmamış bir əməliyyat idi.

-Yaxınlarınızın bu məsələyə münasibəti necə oldu?

-Normal. Yaxınlarım bilir ki, əgər mən başqalarını əməliyyat edirəmsə, bunu da edə bilərəm.

-Əməliyyatı nə vaxt etdiniz?

-Yanvar ayının 20-də. Səhhətimdə heç bir problem yoxdur. Hər şey əladır. Artıq bu gündən özüm də passientlərimi əməliyyat etmişəm.

-Bu piy əməliyyatını hər kəs edə bilərmi?

-Təbii ki, bu elə əməliyyatdır ki, heç kəs bundan qorxmamalıdır. Passientlər sadəcə bu əməliyyatı mütəxxəsislərə etibar etməlidirlər. Bu əməliyyat az təhlükə qrupuna aiddir.

-Üzərinizdə digər əməliyyat etməyi də düşünürsünüzmü?

-Yox. (gülür). Artıq bəsdir və başqa əməliyyat barədə fikirləşmirəm.

Zaurə Əmirova