"Afrində davam edən "Zeytun budağı əməliyyatı Suriyanın ərazi bütövlüyünün təmin olunması məqsədi daşıyır.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrindəki əməliyyatlarla bağlı danışarkən deyib. O, Suriya ərazisinin Türkiyəyə lazım olmadığlnı dilə gətiirb: "Suriyanın parçalanması nə Türkiyə, nə İraq, nə də İranın maraqlarına cavab verir. Türkiyəyə Suriya əraziləri lazım deyil, amma Ankara Suriyanın şimalında təhlükəsizliyi təmin etməyə məcburdur.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.