Hazırlığını Antalyada davam etdirən "Neftçi Türkiyə toplanışı çərçivəsində bu gün ilk yoxlama matçına çıxıb. 

Unikal.org xəbər verir ki, "ağ-qaralar "SKA-Xabarovskla üz-üzə gəliblər.

Rusiyanın yüksək liqa klubu ilə qarşılaşma təmsilçimiz üçün uğursuz nəticələnib. Belə ki, ilk 10 dəqiqədə qapısında 3 cavabsız top görən Tərlan Əhmədovun yetirmələri fasiləyə 0:6 hesabı ilə geridə yollanıblar.

Rəqib ikinci hissəyə də qolla başlayıb. Matçın sonlarında isə komandalar hərəyə bir dəfə fərqləniblər və yekunda Rusiya klubu 8:1 hesablı qalibiyyətə sevinib.

Qeyd edək ki, "SKA-Xabarovsk Premyer Liqada 20 turdan sonra 12 xal toplayıb və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.