Türkiyə ordusu Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində Burseya strateji yüksəkliyini ələ keçirib.

Unikal.org-un "Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində 2 terrorçu əsir götürülüb.

Burseya dağından PYD/YPG silahlıları Türkiyənin Kilis şəhərini atəşə tuturdular.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Ötən gün isə Türkiyə ordusuSuriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.