Elektron cihazların yoxlanışı üçün bir sıra effektiv üsullar var. Lakin cihazı dişləmək həmin üsullardan biri deyil.

Unikal.org xəbər verir ki, bu cür yoxlanış az qala ciddi travmalara yol aça bilərdi. Batareyalar "Apple istehsalı smartfonların ən zəif yerlərindən biridirlər. Bir neçə müddət bundan öncə biz bu şirkətin istehsalı smartfonlardan bəzilərinin partlaması və ya alışıb yanması barədə xəbərlər vermişdik. Lakin buna oxşar daha bir hadisə baş verib. Təqdim olunmuş videoda elektron cihazların satıldığı yerli mağaza əks olunub.

Cavan oğlan özünə iPhone almaq istəyir və alışdan öncə onu yoxlamaq qərarına gəlir. Bunun üçün həmin şəxs iPhone cihazını dişləyir və beləliklə onun batareyasının orijinal və ya saxta olduğunu öyrənmək istəyir. Lakin o, smartfonu ağzından çıxardandan sonra iPhone partlayıb. Xoşbəxtlikdən bu hadisə zamanı heç kim xəsarət almayıb. Çox güman ki, partlamış iPhone heç də təzə olmayıb. Bu əsasən smartfonun satıldğı yerdən də hiss olunur. Belə ki, həmin mağaza daha çox lombardı xatırladır. Həmçinin smartfonda olan batareyanın orijinal olmaması ehtimalı da var.


via GIPHY