Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra nazirliyə "Naz-Lifan markalı avtomobillə gəlib.

Unikal.org xəbər verir ki, bu haqda məlumatı Modern.az saytı yayıb. Xəbərdə bildirilir ki, nazir bəzi günlərdə Azərbaycan istehsalı olan "Naz-Lifan markalı xidməti avtomobildən istifadə edir.

Bununla yanaşı, onun xidmətində "BMW markalı avtomobil də var.

Mikayıl Cabbarov 2017-ci il dekabrın 5-dən vergilər naziri vəzifəsində çalışır.