Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan "Land Rover Range Rover markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

Gömrük Komitəsindən unikal.org-a verilən məlumata görə, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.