Xəbər vermişdik ki, Mikayıl Cabbarov artıq 4 aydır ki, Azərbaycan Qılıncoynatma Federasiyasında rəhbər postuna əyləşməsinə baxmayaraq, Gənclər və idman nazirliyinin rəsmi saytında hələ də quruma prezident kimi Nazim İbrahimov göstərilirdi.

Unikal.org-un bu xəbərindən sonra GİN səhvini düzəldib. Belə ki, AQF-nin prezidenti kimi vergilər naziri Mikayıl Cabbarovun adı qeyd olunub.

Onu da bildirək ki, nazirliyin rəsmi saytında AQF-nin ünvanı Şəfayət Mehdiyev küçəsi yazılsa da, qurum fəaliyyətini Bakıxanov küçəsi, 6, Bridge Plazada davam etdirir.

Aygün İlqarqızı