Bakıda xüsusi üsulla torpağa basdırılaraq gizlədilmiş odlu silah aşkarlanıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən unikal.org-a verilən məlumata görə, əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu Pirşağı şossesi 2-ci Sovxoz ərazisində yerləşən yanğınsöndürmə məntəqəsi ilə üzbəüz şam ağacının altında xüsusi üsul ilə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd Rusiya istehsalı olan odlu silah - tüfəng aşkar edilərək götürülüb.

Fakt üzrə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.