4 yaşlı Irmak Ayşe İstek Yozqatda konqresdə iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı görmək istəyib. Konqresin keçirildiyi mərkəzə gedən balaca Irmak gecikdiyi üçün Ərdoğanı görə bilməmiş və ağlamışdı.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu eşidən Ərdoğan Irmak Ayşe və ailəsi ilə telefonda danışaraq onları sarayına dəvət edib. Ötən gün balaca qız ailəsi ilə birlikdə prezidentin sarayına gəlib və Ərdoğanla görüşüb. Prezident ona velosiped hədiyə edib.