SON XƏBƏRLƏR
24 May 2018
23 May 2018
Bu dəfə Ramiz özünü asdı - AĞSUDA
HADİSƏ 21:07 / 23.01.2018

Ağsu rayonunda intihar hadisəsi baş verib. 

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu şəhərinin Nizami küçəsindəki 12 saylı mənzildə qeydə alınıb. Rayon sakini, 1951-ci il təvəllüdlü Abuzərov Ramiz Təvəkkül oğlu yaşadığı evin həyətindəki yardımçı tikilinin çardağından özünü kəndirlə asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərərfindən araşdırma aparılır.