Avstraliyada kenqurunun velosipedçi qadını vurduğu anlar sosial şəbəkədə yayılıb.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, videonu CGTN telekanalı yayıb.

Hadisə ölkəninKvinslend ştatında qeydə alınıb. Kadrları xəsarət almış velosipedçi qadının rəfiqəsi çəkib.

Kadrlarda bir qrup velosipedçinin yoluna çıxan kenqurunun onlardan birini necə vurması və qaçıb getməsi aydın görünür.

Çiyni və dizi zədələnən qadın xəstəxanaya yerləşdirilib.