Xəbər verdiyimiz kimi, Səbail rayonu Bayıl yamacında təklükəsizliyi təmin etmək məqsədilə əraziyə verilən bütün kommunal xidmətlər dayandırılıb, evlərə gedən xətlər kəsilib.

Unikal.org-un məlumatına görə, ərzidəki kommunikasiya infrastrukturu isə olduğu kimi qalıb. Azərsu-dan verilən məlumata görə, hazırda ərazidə 100 evə suyun verilişi dayandırılıb.

''Azərişıq'' açıq səhmdar cəmiyyətindən verilən məlumata görə, nəinki ərazidəki işıq infrastrukturu ləğv olunub, əksinə, orada təhlükəli vəziyyətdə olan iki işıq dirəyi yenisi ilə əvəz edilib.

Azəriqaz-dan verilən məluamat görə, əraziyə qazın verilişi dayandırılıb, amma infrastruktura toxunulmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov "XəzərXəbər"ə bildirib ki, artıq bir neçə gündür ki, ərazidə sürüşmədə aktivlik müşahidə edilmir. Aparılan araşdırmaların dəqiq nəticəsi isə bir neçə gün sonra bilinəcək.