Masallının Təklə kəndində anadan olan, rayonun Xoşçobanlı kəndində qeydiyyatda olan, 2 uşaq anası Məmmədova Ramilə Əsədxan Qızı 2011-ci ilin oktyabr ayında yaşadığı evdən çıxıb və indiyədək geri qayıtmayıb.

Unikal.org-a DİN-dən daxil olan məlumata görə, Ramilə Məmmədovanın əlamətləri belədir: Boyu 148 sm, orta bədən quruluşlu. Evdən çıxarkən əynində ağ qara rəngli ətək,mavi rəngli köynək və qara rəngli yay ayaqqabıları olub.
Yaxınları əvvəlcə onun Rusiya Federasiyasına getdiyini zənn etsələr də sonradan belə olmadığı məlum olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi Xidmətinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-39-42 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.