Abşeron rayonu, Xırdalan şəhər 6 â„–-li tam orta məktəbdə ölüm hadisəsi baş verib.

Unikal.org BakuPost-a istinadən xəbər verir ki, dünən 2-ci sinif şagirdi İsayeva Ləman dərsdə olarkən, özünü pis hiss edib. O sinif rəhbərinə müraciət edərək, halının yaxşı olmadığını deyib. Məlum olub ki, şagirdin qızdırması qalxıb. Məktəbdən dərhal L. İsayevanın valideynlərinə xəbər verilib. Lakin valideynləri çatana kimi uşaq keçinib.

Məsələ ilə bağlı BakuPost-a açıqlama verən 6 â„–-li tam orta məktəbin direktor müavini Vəfa Məhərrəmova şagirdin öldüyünü təsdiqləyib, lakin hadisənin məktəbdə baş vermədiyini deyib: "Ləman İsayeva 2 gün idi ki, dərsə gəlmirdi. O, anadangəlmə xəstə uşaq idi. Ürək qüsuru var idi. Məktəbdə qızdırması isə doğru xəbər deyil. Onun 2 gün ərzində dərsdə olmadığı jurnalda da qeyd edilib.