SON XƏBƏRLƏR
26 Fevral 2018
25 Fevral 2018
Azərbaycanlı futbolçunun 18 yaşlı qardaşı maşında öldü
HADİSƏ 14:46 / 13.02.2018
Ötən mövsüm futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda çıxış edən "Şahdağ" klubunun futbolçusu Musa Musayevin qardaşı Tacir Musayev vəfat edib.

Unikal.org yenicag.az-a istinadən xəbər verir ki, bu barədə saytımıza açıqlamasında Musayevin özü məlumat verib. Onun sözlərinə görə, Tacirin sinif yoldaşı ilə maşında gedərkən qəfildən ürəyi dayanıb. O, dərhal xəstəxanaya aparılsa da, yolda keçinib. Futbolçunun sözlərinə görə, 18 yaşlı Tacirin hər hansı bir xəstəliyi olmayıb.

Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Lakin dəqiq cavab 15 gün sonra ekspertizanın rəyindən sonra bilinəcək.