İspaniya prezidenti Mariano Raxoy Neymarın "Reala keçəcəyi barədə yayılan söz-söhbətə münasibət bildirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Raxoy braziliyalının Madridə gəlməsinin əleyhinə olduğunu etiraf edib. O, "Realın heyətində olan futbolçuların hələ öz sözlərini tam demədiklərini əsas gətirərək, bu fikirdə olduğunu vurğulayıb:

"Realın Neymarı transfer etməsinin vacib olub-olmadığını deyə bilmərəm. Məsələ burasındadı ki, bir müddət əvvəl Kriştiano Ronaldo, Kərim Benzema və Qaret Beyl komanda üçün olduqca vacib futbolçular hesab olunurdu.

Üstündən bir neçə ay keçəndən sonra onlara şübhə ilə yanaşılır. Mən isə onlara inanıram. Bu futbolçular hələ sön sözlərini deməyiblər. Neymarın "Reala gəlməsini istəmirəm.