"Kapital Bank" ASC-nin iki departamentinə yeni təyinat olub.

Bankdan unikal.org-a verilən məlumata görə, Fərid Səmədov İT İnnovasiya və İnkişaf departamentinin, Renad Cəfərov isə İT İnfrastruktur departamentinin direktoru təyin edilib.

İT İnfrastruktur departamentinin əvvəlki direktoru Əli Axundov isə İnformasiya Təhlükəsizliyi üzrə Müşavir vəzifəsinə təyin edilib.