Azərbaycanda "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı təsis edilib.

Unikal.org-un məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihə Milli Məclisin iclasında səsverməyə çıxarılaraq qəbul edilib.