Bu gün axşam saatlarında Bakı metrosunda bir qadın qatarın altına yıxılıb.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. N. Paşayev hadisənin intihar olmadığını qeyd edib: "Saat 18:49 dəqiqədə Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına "İnşaatçılar stansiyasında bir xanım düşüb. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub İntihar hadisəsi deyil. Qatar yoluna düşən qadının 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı olduğu müəyyən edilib. O, xanımın ciddi xəsarət almadığını və hadisə yerinə təcili tibbi yardımın da gəldiyini sözlərinə əlavə edib: "45 yaşında epilepsiya xəstəliyi olan bir xanımdır. Sudurğa tutub, yıxılıb. Xanım xəstəxanaya aparılıb.