Səudiyyə Ərəbistanı çempionatının 20-ci turunda keçirilən "Al Ettifaq" - "Al Feyha" (1:1) qarşılaşmasında ingilis baş hakim Mark Klattenburqun diqqət mərkəzində olduğu maraqlı epizod qeydə alınıb.

Unikal.org  goal.az-a istinadən xəbər verir ki, meydan sahiblərinin müdafiəçi Hüseyn Əl-Sayed su butulkasını meydandan kənara atarkən ehtiyatsızlıqdan Klattenburqu nişan alıb.

Misirli futbolçu dərhal referiyə yaxınlaşaraq ondan üzr istəyib. Klattenburq cibindən sarı vərəqə çıxarıb zarafatla Əl-Sayedə göstərib. Bu sarı vərəqə oyunun protokoluna daxil edilməyib.