SON XƏBƏRLƏR
23 Aprel 2018
22 Aprel 2018
Pulla burnunu sildi - ölkə ayağa qalxdı - VİDEO
VİDEO 20:55 / 16.02.2018
Rusiyalı futbolçu Stanislav Manayevin paylaşdığı video başına bəla olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı idmançı burnunu 4 min 940 rubla (təxminən 150 AZN) sildiyi görüntüləri sosial şəbəkədə yerləşdirib və yazıb:

"Mən bu pulları ehtiyacı olanlara verə bilərəm, amma burnum çox axdığı üçün verməyəcəyəm”.

Stanislavın bu hərəkəti izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Çoxlu tənqidi şərhlərdən sonra futbolçu videonu səhifəsindən silib.

Lakin bununla da iş itməyib. Manayevin bu hərəkətinə Rusiya İdman naziri Pavel Kolobov ad münasibət bildirib:

"Bu görüntülər futbolçunun təhsil səviyyəsinin aşağı olduğunu göstərir. Əminəm ki, bu, onun üçün bir dərs olacaq”, - deyə nazir qeyd edib.