Bibiheybətdə gəmi yanıb.

Unikal.org xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə gəminin yanmasına baxmayaraq onu söndürməyə heç kəs cəhd etməyib. Ərazi FHN-nin yanğın söndürmə bölmələri cəlb olunmayıb.

Gəminin Xəzər Dəniz Gəmiçiliyinə aid olduğu bildirilsə də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat katibi Mehman Mehdiyev "qafqazinfo- ya açıqlamasında bildirib ki, yanan gəmi bu quruma məxsus deyil:""Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə aid hər hansı bir gəmi yanmayıb. Hadisə qeyd olunduğu kimi "Bibiheybət Gəmi Təmiri Zavodunun ərazisində baş verməyib. Yanğının baş vermə sahəsinin də Gəmiçiliyin inzibati ərazisinə hər hansı bir aidiyyatı yoxdur, - deyə M. Mehdiyev qeyd edib.