Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Unikal.org-un məlumatına görə, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Aseman Airlines" şirkətinə məxsus göyərtəsində 60 sərnişin olan təyyarə İsfahan əyalətində qəzaya uğrayıb.
Təyyarə paytaxt Tehrandan Yasuc istiqamətində uçurmuş.

***12:10
"Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 66 nəfər var. Bölgəyə xilasedici dəstələrin olduğu vertolyotlar göndərilsə də, sıx duman səbəbindən qəza baş verən ərazidə təyyarənin qalıqlarını aşkar etmək mümkün olmayıb.

***
12:24
"Tasnim" agentliyinin məlumatına görə, təyyarədə olan bütün sərnişinlər ölüb. Agentlik təyarədə olan 54 sərnişinin siyahısını tərtib edib. Bununla belə, 6 nəfər heyyətin adlarını açıqlayıb. 
Bu arada İranın Fövqəladə Hallar Mərkəzinin yaydığı məlumata görə, göyərtəsində 65 sərnişin olan təyyarə İsfahan şəhəri yaxınlığında qəzaya uğrayıb. Təcili tibbi yardım mərkəzinin həkimləri, polis və Fövqəladə Hallar Mərkəzinin əməkdaşları hadisə yerinə yola düşüblər.

İranın Fövqəladə Hallar Mərkəzi hadisə haqqında əlavə məlumat veriləcəyini bildirib.

Sərnişinlər arasında ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur.