İran prezidenti Həsən Ruhani baş verən təyyarə qəzasının səbəblərinin araşdırılması ilə bağlı xüsusi tapşırıq verib.

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, prezident bununla bağlı sərəncam imzalayıb. Sənəddə hökumətə aviaqəza ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb.

Mülki Aviasiya Təşkilatı və müvaffiq qurumlar koordinasiyalı,şəkilində təyyarə qəzasının səbəblərini araşdırıb və prezidentə dərhal məlumat verməsi bildirilir. 

Xatırladaq ki, bu gün səhər saatlarında İranın paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Qəza nəticəsində 66 nəfər həyatını itirib.