Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında İranın paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Qəza nəticəsində 66 nəfər həyatını itirib.

Unikal.org "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, qəzanın baş verdiyi ərazidən ilk görüntülər yayımlanıb. 

Bununla belə, qəza zamanı həyatını itirən şəxslərin yaxınları Tehran və Yasuç hava limanlarına axışıblar. Onların bəziləri isə öz yaxınlarının cəsədlərinin tapılması üçün axtarışlara da qoşulublar. 
 
***
15:11
Təyyarə qəzasında ölənlərin cəsədlərini ərazilərdə tapılması üçün alpinistlər də axtarışlara qoşulub. Təyyarənin düşdüyü dağlıq əraziyə isə minlərlə insan toplaşıb və onlarda axtarışlara qoşulmaq istəyirlər.