Tehran regional siyasətini dəyişənə qədər Səudiyyə Ərəbistanı İrana qarşı çıxmağa davam edəcək.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Münhen Təhlükəsizlik Konfransında Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr bəyan edib.

Adel əl-Cübeyr deyib ki, İran ona qarşı sanksiyaların səbəbinin özünün davranışları olduğunu anlamalıdır: "Ona görə də bizim İrana qarşı çıxmaqdan başqa yolumuz yoxdur. Təhlükəsizlik arxitekturasından danışmaq və eyni zamanda terrorçulara silah vermək ziddiyyət yaradır. İran terrorizmi dəstəkləyir və buna görə İrana qarış sanksiyalar tətbiq olunur. İran Liviya, Suriya, Bəhreyn, Pakistan və Afrika ölkələrin parçalamaq və zəiflətmək istəyir. İran özünün tənqid olunmasının dayanmasını istəyirsə, davranışını dəyişməli, beynəlxalq hüquqa və etik normalara əməl etməlidir".

Səudiyyə Ərəbistanı xarici işlər naziri İranla nüvə razılaşmasına yenidən baxılmasında və nüvə razılaşmasından imtina olunmasında israr etdiklərini vurğulayıb: "Bu razılaşma İranın regionda aqressiv davranışının qarşısını almır".