Dubaydan Amsterdama uçan "Transavia Airlines aviaşirkətinin təyyarəsi havanı korlayan sərnişinə görə Vyanada təcili eniş edib.

Unikal.org  xəbər verir ki, , bu barədə Metro nəşri yazır.
Nəşr qeyd edir ki, sərnişinin qonşuları ondan bunu etməməyi xahiş ediblər, lakin o xahişlərə məhəl qoymayıb. Ekipaj üzvləri də heç bir tədbir görməyiblər. Sərnişinlər arasında sonradan davaya çevrilən mübahisə yaranıb. Nəticədə pilot təyyarəni endirmək qərarı alıb.
Enişdən sonra göyərtəyə daxil olan polis iki kişini, həmçinin bacı olan iki qadını təyyarədən düşürüb.
Qadınlar Niderland məhkəməsinə müraciət etmək istəyirlər. Onlar polisin qərarını ədalətsiz sayırlar.
"Bizim bütün baş verənlərlə heç bir əlaqəmiz olmayıb. Onları heç tanımırdıq, sadəcə həmin sərnişinlərlə bir cərgədə oturduğumuza görə bəxtimiz gətirməyib, - bacılardan biri deyib.
Hazırda hər dörd sərnişin sərbəst buraxılıb, lakin "Transavia Airlines onlara aviaşirkətin təyyarələri ilə uçmağı qadağan edib.