Bu gün naməlum şəxs Dağıstanda karnaval zamanı kütləni atəşə tutub.

Unikal.org-un məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Hadisə Kizlyar şəhərində baş verib. Silahlı şəxs bayram karnavalında insanlara atəş açıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb. Cinayətkar hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.