Azərbaycan karateçiləri Dubayda mötəbər Karate1 Premyer Liqa turnirində iştirak ediblər.

Unikal.org-un məlumatına görə, 16-18 fevral tarixlərində Dubayda keçirilən turnirdə 20 karateçi olmaqla milli komandanın əsas və əvəzedici heyəti qalib adı uğrunda mübarizə aparıb.

Turnirdə milli komanda üzvlərindən Rafael Ağayev qızıl medal, Ayxan Mamayev və Nuranə Əliyeva isə bürünc medal qazanıblar.