Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri - 1973-cü il təvəllüdlü Elçin Əliyev, 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü Iftixar Hacıyevdir. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

xxx

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, "VAZ 2106" markalı avtomaşınla "KamAZ markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.