Gəncə şəhərində nişan üzüyü geri qaytarılan gənc oğlan intihara cəhd edib.

Unikal.org-un report-a istinadən məlumatına görə, 1994-cu il təvəllüdlü Gəncə şəhər sakini İbrahim Hüseynzadə canına qəsd məqsədi ilə özünü bıçaqlayıb.

Qarın nahiyəsindən 1 bıçaq yarası alan oğlan Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan kişinin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.