Qəbələdə və Bakıda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qəbələ rayonunda ümumi sahəsi 121 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının çardağının yanar konstruksiyaları 20 m2 sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Qazax rayonunda isə ümumi sahəsi 90 m2 olan ictimai iaşə obyektinin yanar konstruksiyaları və əşyalar yanıb. Yaxınlıqdakı sex yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğın bölmələri tərəfindən söndürülüb.