Qəzza zolağından İsrail istiqamətində raket atılıb.

Unikal.org-un məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Dağıntılar və tələfat barədə məlumat daxil olmayıb.

Fevralın 17-də Qəzza zolağından atılan raket İsrailin cənubunda yaşayış evinin damına düşüb. Mərmi partlamayıb. İsrail hərbçiləri buna cavab olaraq HƏMAS-ın Qəzzadakı mövqelərinə zərbələr endirib.

Qeyd edək ki, ABŞ-ın Qüdslə bağlı məlum qərarından sonra HƏMAS İsrailə qarşı raket hücumlarını artırıb.