Sabahdan prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.

Unikal.org-un məlumatına görə, Seçki Məcəlləsinə əsasən, prezidentliyə namizəd, siyasi - partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-da prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir.

Aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.