22 Fevral 2018-ci il tarixində, Ankara Qatar Qarı - Ankara Hoteldə "Regional Əməkdaşlığın Müvəffəqiyyət Örnəyi: Bakı-Tbilisi-Qars dəmir yolu '' adlı forum həyata keçiriləcək.

Unikal.org xəbər verir ki, Türkiyə Cümhuriyyəti Nəqliyyat, Dənizçilik və Rabitə naziri cənab Əhməd Aslanın iştirakı ilə gerçəkləşmiş olacaq forum Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) və Azərbaycan Respublikası Ankara səfirliyi ilə birgə təşkil edilir.

İki tərəfli danışıq halında həyata keçiriləcək olan Bakı-Tbilisi-Qars Dəmiryolunun bölgə ölkələrinə iqtisadi, ictimai və mədəni qatqılarının izah ediləcəyi forumda Azərbaycan, Gürcüstan və Çin Xalq Respublikası Ankara səfirləri ilə birlikdə millət vəkilləri, alimlər eyni zamanda , Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin səlahiyyətli nümayəndələri də iştirak edecek.

'' Dəmir İpək Yolu '' olaraq adlandırılan ''Bakı-Tbilisi-Qars'' dəmiryolunun açılışı Türkiyə Cümhuriyyəti Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstan baş naziri Bakıtcan Saqintayev və Özbəkistan baş naziri Abdulla Aripovun iştirakı ilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 30 oktyabr 2017-ci il tarixində beynəlxalq bir mərasimlə reallaşdırılmışdı.

Enerji sahəsində ''Bakı-Tbilisi-Ceyhan" və ''Bakı-Tiflis-Ərzurum'' layihələrindən sonra Türkiyə, Azərbaycan və Gürcüstan arasında reallaşdırılmış üçüncü böyük layihə olan ''Bakı-Tbilisi-Qars'' dəmir yolu layihəsi regional əməkdaşlığın ən əhəmiyyətli göstəricilərindən biri olaraq hal-hazırda diqqət mərkəzindədir.

Qeyd edək ki, Asiya, Avropa və Afrikanı bir-birinə bağlayan bu layihə, bir çox sahədə iqtisadi inkişafla birlikdə, Türkiyə və Türk respublikaları nəqliyyat şəbəkələrini bir-birinə bağlayan yeni və təsirli bir güc mənbəyi olmaqla bərabər, bölgənin ticari, siyasi və mədəni əlaqələrinin daha da gücləndirilməsində, həmçinin regionda Çin sərmayələrinin bölgəyə yatırılmasında əhəmiyyətli rol oynayacaqdır.

Ülkər Piriyeva