Gecələr yemək yeməyin insanlarda piylənməyə səbəb olduğu hər kəsə məlumdur. Heç demə bu pis vərdiş nəinki piylənməyə, hətta bir çox ağır xəstəliklərin yaranmasına və inkişafına da yol açır.

Unikal.org "Xəzər TVyə istinadən xəbər verir ki, mütəxəssislər yatmamışdan 2 saat əvvəl ümumiyyətlə nəsə yeməyi tövsiyə etmir. Hətta meyvə belə.

Gecə qidalanma təkcə piylənməyə səbəb olmur, hətta ölüm riskini artırır. Bu hal mədə-baxırsaq xəstəliklərinin yaranmasında da böyük rol oynayır.

Mütəxəsisslər bildirir ki, hətta yatmamışdan 2 saat əvvəl hətta yüngül yeməklər də fəsada səbəb ola bilər. Gecələr şirin meyvələrin yeyilməsi də məsləhət deyil. Axşamlar az yemək üçün günlük qidalanmaya diqqət etmək vacibdir.

Gecə yatmamışdan əvvəl suyun çox qəbul edilməsi də yolverilməzdir. Bu zaman yalnız bədənin ehtiyac duyduğu qədər suyu fəsilələrlə qəbul etmək lazımdır.