SON XƏBƏRLƏR
16 Iyul 2018
15 Iyul 2018
Bakıda 49 manata dönər satılır - VİDEO
VİDEO 23:21 / 20.02.2018

İnsanların adətən 2-3 manata aldıqları dönər paytaxtdakı dönərxanaların birində bundan 20-25 dəfə baha qiymətə təklif olunur.

Unikal.org-un xezerxeber.az-a istinadən məlumatına görə, dönərxanaların birində nə az, nə çox - düz 48 manat 90 qəpiyə dönər satılır.

Qiyməti baha olsa da, onun xüsusi hazırlanma və təqdim olunma qaydası var.

Dönərçi Turan Şahin deyir ki, 48 manat 90 qəpiyə satılan dönərin özəlliyi ilk növbədə ətin çəkisi ilə bağlıdır. Sözügedən dönər qısa müddətdə hazırlanır, müştərilərə müxtəlif turşu və içkilərlə təqdim edilir.

Dönərçinin sözlərinə görə, gün ərzində bu dönərə sifarişlər az olmur.

O deyir ki, gələcəkdə sifariş əsasında 2 kiloqramlıq da dönər hazırlaya bilər.