SON XƏBƏRLƏR
24 Aprel 2018
23 Aprel 2018
Daha bir idmançımız dopinqdə ilişdi - AMADA açıqladı
İDMAN 15:57 / 21.02.2018
Azərbaycanın daha bir idmançısında dopinq aşkarlanıb. Unikal.org Azərbaycan Milli Antidopinq Federasiyasının (AMADA) rəsmi saytına istinadən məlumat verir ki, bu dəfə atletika üzrə Azərbaycan millisinin üzvü Yekaterina Sarıyevanın dopinq-testinin nəticəsi  müsbət nəticə verib. 

23 yaşlı idmançı 12 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il sentyabrın 23-dən qüvvəyə minib. 

Ondan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu üzə çıxıb. 3 təkanla tullanmada İslam Həmrəyliyi Oyunlarının ikiqat mükafatçısının (Palembankda qızıl, Bakıda bürünc medal) orqanizmində furosemid aşkarlanıb.  

Onun cəza müddəti ötən il sentyabrın 23-dən hesablanmağa başlanılıb. 

Qeyd edək ki, AMADA Azərbaycanın daha 5 idmançısını dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırıb.