Dünyanın ən böyük porno saytlarında yayılan virus çox təhlükəlidir.

Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, xüsusən də "Chrome brauzerindən yayılan virus yenilənmə formasında telefon və kompüterlərdə "Facebook və "Instagram kimi sosial şəbəkə hesablarını ələ keçirə bilir.

Bu virus arxa planda işləyərək gizli şəkildə reklamlara girərək, həmçinin kompüterlərin qrafik kartı və daxili yaddaşından istifadə edərək "bitcoin yaradır və sahiblərinə pul qazandırır.

Bu virusdan qurtulmanın ən etibarlı yolu porno saytlara girməməkdir. Əgər telefonunuz və ya kompüteriniz artıq virusa yoluxubsa, antivirus proqramlarından istifadə etməyiniz məsləhətdir. (olke.az)