Türkiyənin mərkəzində, Kırıkkale vilayətində partlayış baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində 10 nəfərin yaralandığı bildirilib.

Məlumata görə, partlayış 4 mərtəbəli yaşayış binasında qaz sızması səbəbindn baş verib. Yaralananlar arasında azyaşlı uşaq olduğu da bildirilir.

Yaralıların hamsının Türkiyə vətəndaşları olduqları qeyd olunub.

Hadisə ilə bağlı araşdırma başlayıb, başqa detallar barədə məlumat verilməyib.