"Azərbaycanda ən çox qız adına mahını oxuyan mənəm.

Unikal.org xəbər verir ki, "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində bunu müğənni İsrail Məmmədov bildirib. O xatırladıb ki, Sovet dövründə və bundan sonrakı illərdə ən çox kaseti satılan müğənni olub: "25 kasetim çıxıb. Sonra disk dövrü başladı və bu günə kimi 100-dən çox mahnım var. Mahnılarım ən çox da qız adları ilə bağlı olub. Bunun sayını da itirmişəm.

İ.Məmmədov ən çox məşhurluq qazanan "Şəlaləm mahınısın olduğunu dilə gətirib:

"Bundan başqa, toylarda qızların ən çox oynadığı "Tahirə, "Səbinə mahnım da var. "Qara qaş, qara göz, aman Səbinəm mahnısının sözləri və musiqisi mənə məxsusdur. "Cəmilə mahınısının ilk ifaçısı da mən olmuşam. Bu mahnını  ilk dəfə 1984-cü ildə oxumuşam.