Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un  məlumatına görə, Süni Mayalanma Mərkəzinin yaradılması işlərinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 3,0 (üç) milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.