Rusiyanın Sankt-Peterburq şəhərində terror aktının qarşısı alınıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Bildirilib ki, FTX-nın bu gün keçirdiyi əməliyyat zamanı şəhərin müxtəlif yerlərində terror aktı törətməyi planlaşdıran şəxs ələ keçirilib. Saxlanılan terrorçunun Orta Asiya ölkələrindən birinin vətəndaşı olduğu bildirilir.